İqtisadi gündəm
Kəramət Böyükçöl nazirlikdən 4500, Bəhram Bağırzadə isə 9100 manat alacaq
Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağlayıb.
Publika.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilələrdə həmin yazıçılara və nəşriyyatlara məxsus müxtəlif nəşrlərin (kitabların) satın alınması nəzərdə tutulur.
Qeyd edilib ki, bu alqı-satqı nazirliyin kitabxana fondunun oxucuların tələbatına uyğun yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi məqsədi daşıyır.
Qələm adamları ilə bağlanılmış müqavilələrdə tanınmış şəxslərin də adlarına rast gəlinib. Onlardan bir neçəsini təqdim edirik:
1) Elmira Axundova – 3000 manat,
2) Qəşəm Nəcəfzadə – 1050 manat,
3) Kəramət Böyükçöl – 4500 manat,
4) Kamal Abdulla – 2500 manat,
5) Bəhram Bağırzadə – 9100 manat.
Bundan əlavə, nazirlik Seyfəddin Hüseynli (3000 manat), Fərid Hüseyn (2000 manat), İlham Qəhrəman (500 manat), Cavid Zeynalov (1500 manat), Siyavuş Quliyev (2300 manat), Etibar Yaqubov (1599 manat), Nazilə Quliyeva (1000 manat), Kəmalə Abıyeva (700 manat), İslam Sadıq (1500 manat), İlqar Tağıyev (1050 manat) və Azad Yaşar (2200 manat) ilə də müqavilə bağlayıb.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı








.jpg)




.png)





















