Sosial
"LG" və "Samsung" televizorları sahiblərini izləyir?
ABŞ-nin Texas ştatının baş prokuroru Ken Paxton beş əsas "ağıllı" televizor istehsalçısına qarşı məhkəmə iddiası qaldıraraq, onları istifadəçilərin məlumatlarını qanunsuz olaraq toplamaqda və şəxsi həyat hüquqlarını pozmaqda ittiham edib. Söhbət "Sony", "Samsung" və "LG", eləcə də Çinin "Hisense" və "TCL" şirkətlərindən gedir.
Publika.az xəbər verir ki, bu barədə "Courthouse News Service" (CNS) nəşri məlumat verib.
Texas ştatı məhkəmələrinə təqdim edilən iş materiallarına görə, istehsalçılar avtomatik məzmun tanıma texnologiyasından istifadə ediblər ki, bu da televizor ekranlarından real vaxt rejimində audio və video məlumatların qeyd edilməsinə imkan verir. Paxton iddia edir ki, bu texnologiya istifadəçilərin baxdıqları kontenti (məzmunu) izləyir və toplanan məlumatlar daha sonra hədəflənmiş reklam üçün istifadə olunur.
Prokurorluğun versiyasına görə, məlumatların toplanması yalnız televiziya proqramları ilə məhdudlaşmır. Texnologiya iddia edildiyi kimi, müşahidə kameralarından və qapı zənglərindən gələn yayımlar, "Google Cast" və ya "Apple AirPlay" vasitəsilə ötürülən foto və videolar, eləcə də HDMI vasitəsilə televizora qoşulmuş cihazlardan gələn məlumatlar da daxil olmaqla, ekranda əks olunan hər şeyi qeydə almaq qabiliyyətinə malikdir.
Ken Paxton bildirib ki, istehsalçılar istifadəçiləri avtomatik məzmun tanıma texnologiyasından istifadə edildiyi barədə düzgün şəkildə məlumatlandırmayıblar və bununla da Texasın ədalətsiz ticarət praktikası Qanununu pozublar. Məhkəmə iddialarından birində o iddia edir ki, "Sony" "ağıllı" televizorları sadəcə əyləncə cihazları deyil, həmçinin ABŞ-nin milyonlarla evində quraşdırılmış kütləvi nəzarət sistemidir. Onun sözlərinə görə, istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulduğu iddia edilən texnologiyalar əslində istehlakçıların nəyi izlədikləri ilə bağlı məlumatları təhlil edir və satır.
"LG Electronics USA", "Hisense" və "Sony Electronics" şirkətlərinin nümayəndələri davam edən məhkəmə prosesləri ilə bağlı şərh vermədiklərini bildiriblər. Digər cavabdeh şirkətlər jurnalistlərin sorğularına operativ cavab verməyiblər.(Oxu.Az)
-
İdman11:02Tarixə düşən rus qapıçının imdadına hiylə çatıb? - Hər şey üzə çıxdı - FOTOLAR
-
ABŞ10:06️ABŞ-a getmək istəyənlərə bəd xəbər: "Green Card" dayandırıldı
-
İKT07:47"TikTok" RAZILIQ VERDİ: ABŞ bölməsi bu tarixdə satılır
-
İdman06:46Zidanla bağlı YENİ XƏBƏR - Elə plan cızıb ki...
-
Magazin106:16Vəfa ondan boşandı: “Bir ildir ayrılmışıq” - VİDEO
-
Nida Xəbər 06:00Ermənistana yanacaq daşıyan yük qatarı Gürcüstana yola salındı - VİDEO
-
Nida Xəbər 05:15Hərbi xidmətə yararsız olan şəxslərin NƏZƏRİNƏ
-
ABŞ01:41Tramp övladlarına görün nələri QADAĞAN EDİB - “Mən özüm də...”


























