Sosial
Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirildi - FOTO
Dekabrın 18-də Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasiminə həsr olunan geniş konsert proqramı təqdim edilib.
Publika.az xəbər verir ki, konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Sonra məktəbin zalında özbək incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlanıb.
Konserti Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Füzuli şəhər sakinləri izləyiblər.
“Navruz” Milli Rəqs Ansamblı, Yunus Rəcəbi adına “Maqom” ansamblı, eləcə də tanınmış müğənnilər rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər.
Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomurodovanın ifasında səslənən “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.
Həmçinin dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərindən ilhamlanaraq hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar tamaşaçıların könlünü oxşayıb.
-
İdman11:02Tarixə düşən rus qapıçının imdadına hiylə çatıb? - Hər şey üzə çıxdı - FOTOLAR
-
ABŞ10:06️ABŞ-a getmək istəyənlərə bəd xəbər: "Green Card" dayandırıldı
-
İKT07:47"TikTok" RAZILIQ VERDİ: ABŞ bölməsi bu tarixdə satılır
-
İdman06:46Zidanla bağlı YENİ XƏBƏR - Elə plan cızıb ki...
-
Magazin106:16Vəfa ondan boşandı: “Bir ildir ayrılmışıq” - VİDEO
-
Nida Xəbər 06:00Ermənistana yanacaq daşıyan yük qatarı Gürcüstana yola salındı - VİDEO
-
Nida Xəbər 05:15Hərbi xidmətə yararsız olan şəxslərin NƏZƏRİNƏ
-
ABŞ01:41Tramp övladlarına görün nələri QADAĞAN EDİB - “Mən özüm də...”


























