Sosial
Leyla Əliyevanın rəsm əsərləri əsasında musiqili rəqəmsal şou təqdim olundu
Bakıda "Torpağın Səsi" (Sound of Land) platformasının hazırladığı audiovizual performans təqdim olunub.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən xəbərə görə, "Zaman dairəsindən çıx, sevgi dairəsinə daxil ol" adlı rəqəmsal şou izləyiciləri musiqi, animasiya və vizual sənətin vəhdətində mənəvi bir səyahətə aparıb.
Performansın vizual əsası Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın rəsmlərinə əsaslanıb. Əsərlərdə sevgi, təbiətlə vəhdət və daxili işıq birlikdə simvolizə edilib.
Ruminin fəlsəfəsindən ilhamlanan bu kompozisiyanın vizual konsepsiyası Azərbaycanın Əməkdar rəssamı, "Atəş Hub"un təsisçisi Səbinə Şıxlinskaya tərəfindən hazırlanıb.
Musiqi və səs konsepsiyasının müəllifi DJ Orxan Ağayev (DJ Pancho), səs dizaynı üzrə Teymur Qasımov, animasiya və hərəkətli qrafika üzrə isə Nigassandra və Renan Asədov çıxış ediblər.
"Torpağın Səsi" platforması türk dünyasının etnik musiqi motivlərini elektron janrlarla sintez edərək yeni yaradıcılıq imkanları yaradır.
Layihə 2023-cü ildə "Yaradıcı Azərbaycan" təşəbbüsünün dəstəyi ilə yaradılıb və qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. 2025-ci ildə isə platforma "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025" çərçivəsindəki təqdimatı ilə daha geniş auditoriyaya çıxış edib.
Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində keçirilən "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025" çərçivəsində reallaşan bu audiovizual performans rəqəmsal incəsənətin və musiqinin vəhdətini nümayiş etdirərək, gənc yaradıcılar üçün yeni ifadə imkanları təqdim edib və "Bakı Yaradıcı Həftəsi – 2025"in yadda qalan anlarından birinə çevrilib.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































