Deputatdan xaricdə təhsil alan məzunlarla bağlı təklif
Bizi izləyin

Sosial

Deputatdan xaricdə təhsil alan məzunlarla bağlı təklif

“Təhsil sahəsində aparılan müzakirələrdə media ilə əməkdaşlıq və ictimaiyyətin məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fariz İsmayılzadə deyib.

O bildirib ki, həm yerli, həm də xarici mediada aparılan maarifləndirici təbliğat işləri təhsil islahatlarının düzgün təqdim olunmasına töhfə verə bilər:

“Təhsildə problemlər və müzakirə mövzuları çoxdur, lakin prioritet istiqamətləri müəyyənləşdirmək vacibdir. Əsas mövzulardan biri xaricdə təhsil almış məzunlarla bağlı ictimai dinləmələrin keçirilməsidir".

Onun sözlərinə görə, artıq minlərlə gənc xaricdə təhsil alaraq ölkəyə qayıdıb və onların harada işləməsi, hansı sektorlarda fəaliyyət göstərməsi, ölkənin inkişafına necə töhfə verməsi ciddi təhlil olunmalıdır.

"Bununla yanaşı, dövlət proqramlarının ilkin nəticələri qiymətləndirilməli və gələcək planlar ictimai müzakirəyə çıxarılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm