Nida Xəbər
Azərbaycan regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur - Kamaləddin Qafarov
“Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, formalaşdırdığı strateji xətti və regional liderliyini aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan qlobal çağırışların artdığı, beynəlxalq hüquq normalarının selektiv şəkildə tətbiq olunduğu mürəkkəb dövrdə belə prinsipial və praqmatik siyasət yürütməyi bacaran bir dövlətdir.”
Publika.az xəbər verir ki, bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Millət vəkili qeyd edib ki, hazırkı beynəlxalq mühitdə hüquqi mexanizmlərin hamı üçün eyni dərəcədə işləməməsi Prezident İlham Əliyevin artıq çoxdan proqnozlaşdırdığı bir reallıqdır:
“Məhz bu şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan, lakin beynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğun siyasəti xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin nümayiş etdirdiyi yanaşma göstərir ki, Azərbaycan emosiyalara deyil, nəticəyönümlü və rasional qərarlara əsaslanan strateji xətt formalaşdırıb. Bu xətt ölkəmizə öz haqlı mövqeyini beynəlxalq müstəvidə müdafiə etməyə və real nəticələr əldə etməyə imkan verib. Müsahibədə səsləndirilən digər mühüm məqam Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlıdır. Dövlət başçısı bu mükafatı təkcə şəxsi uğur kimi deyil, Azərbaycanın uzun illər davam edən münaqişədən sonra Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması istiqamətində atdığı addımlara verilən beynəlxalq qiymət kimi dəyərləndirir. Bu yanaşma Azərbaycanın liderliyinin humanizm, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykəndiyini nümayiş etdirir və ölkəmizin sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Cənab Prezidentin öz müsahibəsində təhlükəsizlik məsələləri ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir. Dövlət başçısı Azərbaycanın daxilində sabitliyin möhkəm təməllər üzərində qurulduğunu, potensial risklərin isə əsasən xarici mənbələrdən qaynaqlandığını açıq şəkildə ifadə edir. Bu, dövlət idarəçiliyinin səmərəliliyinin, cəmiyyətlə hakimiyyət arasında mövcud olan etimadın və güclü dövlət institutlarının mövcudluğunun nəticəsidir. Eyni zamanda, bu yanaşma Azərbaycanın regional prosesləri diqqətlə izlədiyini və mümkün təhdidlərə qarşı preventiv siyasət yürütmək əzmində olduğunu göstərir. Enerji məsələləri ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı strateji üstünlüyü bir daha təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur. Azərbaycanın enerji resursları təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin mühüm faktoruna çevrilib” .
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
-
Nida Xəbər 09:54Prezidentin gəlini də Davosdadır - FOTO
-
Elm və təhsil09:18Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
-
İdman09:12Bəhlul Mustafazadə tarixə düşdü
-
ABŞ08:49Tramp 2026-cı ilin sonuna qədər bu ölkənin prezidentini devirəcək
-
ABŞ06:16Gözü göyərib? - Tramp Makronun eynək taxmasını ələ saldı











.jpg)
.jpg)

























