Sosial
Kimlər 65 yaşı gözləmədən pensiyaya çıxa bilər?
Bu ilin yanvar ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayında artım müşahidə olunub. Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yayıb.
Bəs xüsusi şərtlər dedikdə nə nəzərdə tutulur və bu imkan kimlərə şamil edilir?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, pensiya qanunvericiliyinə əsasən bəzi xüsusi kateqoriyalara aid şəxslər 65 yaşı gözləmədən erkən pensiyaya çıxmaq hüququna malikdirlər:
“Bu qruplara hərbi qulluqçular, dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları, Daxili İşlər Nazirliyi, prokurorluq və digər hüquq-mühafizə orqanlarında çalışan şəxslər, həmçinin hakimlər, o cümlədən Konstitusiya Məhkəməsinin hakimləri daxildir.
Zərərli və ağır şəraitdə çalışan işçilər də erkən pensiya hüququndan yararlana bilirlər. Kişilər azı 12 il 6 ay, qadınlar isə azı 10 il zərərli sahədə işlədikdə pensiyaya 5 il daha tez çıxa bilirlər.
Bundan əlavə, sağlamlıq imkanları məhdud olan birinci və ikinci qrup əlillər də xüsusi kateqoriyaya aid edilir. Bu şəxslər qanunla müəyyən edilmiş şərtləri yerinə yetirdikdə 65 yaşdan əvvəl pensiyaya çıxmaq hüququ əldə edirlər”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək
-
Sosial14 May 22:36Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI
-
Nəqliyyat14 May 21:36Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
-
Magazin214 May 21:24Monika Belluççinin qızı sinə dekolteli, uzun yarıqlı libasda - FOTO






























.jpg)

