Sosial
Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI
"Space" televiziyasının keçmiş baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin kanaldakı işinə son verilib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb.
"Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı.
"Space" TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Kanalın ən çətin dövrlərində belə komandamızla birlikdə efiri qorumağa, yeni layihələr qurmağa və tamaşaçı marağını yenidən artırmağa çalışdıq. Müəyyən dövrdə "Space"in ölkənin ən çox izlənilən ikinci televiziya kanalına çevrilməsi də bu zəhmətin nəticəsi idi.
Bu müddətdə qəbul olunan bir çox qərarın doğru və faydalı olduğuna inanıram. Ən əsası isə, bütün çətinliklərə baxmayaraq, prosesləri dağıtmadan və sabitliyi qoruyaraq bu mərhələni tamamlaya bildik.
Mənim üçün ən dəyərli məsələlərdən biri də gənc kadrların təcrübəli televiziya işçiləri ilə birlikdə yetişməsi və bu sinerjinin kanala yeni nəfəs gətirməsi oldu.
Son dövrlərdə kanalın stabilliyi, efirin davamlılığı və proseslərin idarə olunması üçün əlimdən gələnin maksimumunu etməyə çalışdım", - paylaşımda qeyd olunub. (Oxu.Az)
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək























.jpg)



.webp)










