Sosial
“Əmək bazarı” işçi qrupunun onlayn formatda növbəti iclası keçirildi
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupu onlayn formatda növbəti iclasını keçirib.
Publika.az xəbər verir ki, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə 2025-ci ildə ölkəmizdə görülən işlərin nəticələrinə dair təqdimat nümayiş etdirilib.
Əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması sahələrində atılan addımlar, əldə olunan nəticələrdən bəhs olunub. Ölkəmizin göstəricilərinin növbəti illərdə daha da yaxşılaşdırılması istiqamətində təkliflər müzakirə edilib.
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































