Sosial
“Azərişıq” Ağcabədinin kəndlərinin elektrik şəbəkəsini yeniləyir
“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Ağcabədinin də elektrik təsərrüfatını yenidən qurur. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri rayonun bir sıra kəndləri ilə yanaşı şəhər ərazisində də davam etdirilir.
Publika.az xəbər verir ki, Yeni Qaradolaq və Minəxorlu kəndlərində 0.4 və 10 kV-luq metal dayaqlar əkilib, açıq naqillər Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəz olunub. Kəndlərdə ümumilikdə müxtəlif gücdə 13 yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin yaşayış evləri smart və SMS tipli sayğaclarla təchiz olunur.
Hindarx və Qaravəllidə də 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənir. Hindarxda 5 KTM quraşdırılıb. Qaravəllidə isə köhnə TM əvəzinə 1000 kVA gücündə yeni güc mərkəzi yaradılıb.
Şəhər ərazisində 10 kV-luq “Şəhər-1”, “Çörək Zavod” və “Qaz İdarəsi” hava xətləri üzrə metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Həmçinin sayğaclar həyətyanı ərazilərdən kənarlaşdırılaraq yenilənir.
“Azərişıq” ASC ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO



































.jpg)



