“OBA” marketlər şəbəkəsi 10 ildə miqyasını 16 dəfə artıraraq 11 mindən çox əməkdaşa çatdı
Bizi izləyin

Sosial

“OBA” marketlər şəbəkəsi 10 ildə miqyasını 16 dəfə artıraraq 11 mindən çox əməkdaşa çatdı

Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupuna aid olan “OBA” marketlər şəbəkəsi 10 illik yubileyini geniş mağaza şəbəkəsi, güclü komanda və davamlı inkişaf göstəriciləri ilə qarşılayır. Bu müddət ərzində şirkət yalnız coğrafi əhatəsini genişləndirməklə kifayətlənməyib, eyni zamanda insan kapitalının inkişafı, mağaza infrastrukturunun yenilənməsi, rəqəmsal transformasiya sahələrində də mühüm nailiyyətlər əldə edib və ölkə iqtisadiyyatına öz töhfəsini verir.

2016-cı ildə 712 əməkdaşla fəaliyyətə başlayan “OBA” marketlər şəbəkəsi 10 il ərzində komandasını 16 dəfə böyüdərək 11 321 nəfərə çatdırıb. Bu artım şirkətin sürətli inkişafının və regionlarda məşğulluğun artırılmasına verdiyi töhfənin bariz göstəricisidir.

Hazırda “OBA” marketlər şəbəkəsinin ümumi mağaza sayı 1700-dən çoxdur. Mağazalar Bakı və Abşeronla yanaşı, Gəncə-Qərb, Aran, Cənub, Şimal və Qarabağ iqtisadi rayonları, həmçinin işğaldan azad olunmuş ərazilər və Naxçıvan daxil olmaqla ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərir. Bu geniş şəbəkə “OBA”nın hər kəsə yaxın və əlçatan “qonşu market” konsepsiyasını uğurla həyata keçirdiyini göstərir.

10 il ərzində “OBA” yalnız pərakəndə ticarət şəbəkəsi kimi deyil, sosial məsuliyyət təşəbbüsləri və insan kapitalının inkişafına yönəlmiş yanaşması ilə də cəmiyyətə töhfə verib. 44 günlük Vətən müharibəsi dövründə şəhid olmuş 5 əməkdaşın ailəsi şirkət tərəfindən daim diqqətdə saxlanılır və onlara davamlı dəstək göstərilir.

Şirkət ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və təmizlik mədəniyyətinin təşviqi istiqamətində müxtəlif və davamlı korporativ sosial məsuliyyət layihələri həyata keçirib. Bununla yanaşı, gənclərin elmə və bilik əldə etməyə marağının artırılmasına yönəlmiş maarifləndirici təşəbbüslər də dəstəklənib. “Qadının gücü” adlı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində “OBA”da qadın əməkdaşların sayında da davamlı artım müşahidə olunub. Mövcud hesabatlara əsasən, hər il qeyd olunan layihə çərçivəsində 1000-dən çox qadın işlə təmin olunur. Hazırda “OBA” marketlər şəbəkəsində 6000-ə yaxın xanım əməkdaş çalışır.

“OBA”nın 10 illik inkişaf yolu şirkətin davamlı böyümə, insan kapitalına yatırım, texnoloji yenilənmə və sosial məsuliyyət prinsiplərinə sadiqliyini göstərir. Şirkət qarşıdakı illərdə də mağaza şəbəkəsinin mərhələli yenilənməsini, müştəri təcrübəsinin daha da təkmilləşdirilməsini və rəqəmsal həllərin genişləndirilməsini əsas prioritet kimi müəyyənləşdirib.

“OBA” 10 il ərzində yalnız mağazalar açmayıb — güclü sistem qurub, peşəkar komanda formalaşdırıb və gələcəyə davamlı investisiya edib.

https://www.youtube.com/watch?si=DUQI-SIb4_bJU-GG&v=8AIWkZpKWKM&feature=youtu.be

Oxumağa davam et
Reklam
Reklam

Gündəm