Sosial
Şantajla dövlət büdcəsindən vəsait qoparmaq mümkün deyil - QHT-lərə mesaj
“Əvvəlki dövrdə biz bir sıra QHT-lərin qrant vəsaitlərinə “mükafat” tərzində yanaşmasından əziyyət çəkirdik, onların maliyyə sənədləri qaydasında olmur, hesabat zamanı narazılıqlar yaşanırdı”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən dövr sübut etdi ki, şantaj, hədə və digər qanunazidd əməllərlə qrant nəticələrinə təsir göstərmək, qaralama, ləkələmə kampaniyası aparıb hay-küy salmaqla dövlət büdcəsindən vəsait qoparmaq mümkün deyil:
“Artıq cəmiyyət də belələrini qəbul etmir, haqlı olaraq, onların QHT sektoruna necə gəlib çıxmasını, hansı fəaliyyətlə və necə məşğul olmasını sorğulayır.
Bu gün Azərbaycanda dövlət-QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxıb, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq yeni modelin əsas keyfiyyətləridir. İşimiz layihələri maliyyələşdirməklə bitmir, onların sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi, faydalı ictimai dəyərə çevirməyə nail olmaq əsas məqsəddir. Son illər QHT-lər tərəfindən orijinal, innovativ ideyaların artması, layihələrdə maliyyə və icra intizamının yüksəlməsi onu deməyə əsas verir ki, bu istiqamətdə vəziyyət xeyli yaxşılaşıb. Ancaq bu sahədə hələ qət ediləsi yol var”.
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO



































.jpg)



