Sosial
Hər layihəni maliyyələşdirmək kimi öhdəliyimiz yoxdur - QHT-lərə Dövlət Dəstəyi Agentliyi
“Builki layihələrin təhlilində qəribə mənzərələrlə də qarşılaşmışıq. Məsələn, QHT-lərdən biri layihəsində Qarabağda və Naxçıvanda yaşayan gənclərlə sıx işləmək istədiyini bildirib, amma icra planında nəzərdə tutduğu tədbirlərin heç birinin həmin ərazilərdə olmadığı müəyyən edilib, tədbirlər Sumqayıtda keçiriləcəkmiş”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, uğursuz layihələrlə bağlı qeyri-hökumət təşkilatlarına müvafiq izahlar təqdim edilir:
“Fəaliyyəti dövründə bir dəfə də olsun xarici media ilə iş təcrübəsi olmayan QHT-lərdən biri isə icra planında layihə nəticələrini CNN və BBC-də təqdim edəcəyini iddia edib. Yaxud, Özbəkistan haqqında layihə təqdim etmiş QHT-lərdən biri icra planında Qazaxıstanın mövzuya aidiyyəti olmayan lokal QHT-ləri ilə işləyəcəyini bildirib. Təbii ki, bu cür layihələr uğur qazana bilməz.
Müsabiqələrdə qalib ola bilməyən QHT-lərin hər birinə təqdim etdikləri layihə barədə çatışmazlıqlar, iradlar müvafiq sistem üzərindən izah edilir. Müşahidə edirik ki, bu qeydlərə məsuliyyətlə yanaşan bir sıra təşkilatların növbəti layihələrində əvvəlki problemlər aradan qalxır, onlar uğur qazanır. Bu da təbiidir, çünki qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir. Buna görə də artıq müsabiqələrin nəticələri açıqlananda QHT sədrinin adı qeyd olunmur, layihəsi qalib gələn QHT, layihənin adı, qrant məbləği göstərilir”.
Ü.Qarayeva əlavə edib ki, Agentliyin daxil olmuş hər bir layihəni maliyyələşdirmək kimi öhdəliyi yoxdur:
“Bir məqamı da anlayışla və düzgün qəbul etmək lazımdır ki, QHT Agentliyi daxil olmuş bütün layihələri maliyyələşdirə bilməz. Nəzəri olaraq, 2026-cı il üzrə təqdim olunmuş bütün layihələrə vəsait açılsa, bu, ümumilikdə, 18 milyon manat edərdi, halbuki, Agentliyin illik qrant büdcəsi bundan 4,5 dəfə aşağıdır. Agentliyin öhdəliyi yoxdur ki, daxil olmuş hər bir layihəni maliyyələşdirsin”.
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO



































.jpg)



