Sosial
Nazir Anar Əliyev Laçında vətəndaşları qəbul etdi - FOTO
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Laçın rayonunda sakinləri qəbul edib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Qəbuldan əvvəl Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, sosial təminat, əlillik və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Nazir Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Alyarova Elnurə Asif qızı və Rüstəmova Günay Pənah qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış da keçiriblər.
Proqram üzrə Elnurə Alyarova üçün poliqrafiya xidmətləri, Günay Rüstəmova üçün isə un məmulatları istehsalı üzrə kiçik ailə biznesləri qurulub.
Hər iki proqram iştirakçısı doğma yurdlarına qayıtmalarına, habelə burada öz kiçik ailə bizneslərini qurmalarına görə sevinc və qürur hisslərini bölüşüb, göstərilən böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura köçürülən sakinlərdən artıq 759 nəfərə, o cümlədən Laçına köçürülən sakinlərdən 85 nəfərə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



