Sosial
Azərbaycanda bu kəndlərin adı dəyişdirilə bilər - Video
Quba rayonunda bir neçə yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi təklif edilib. Bu barədə Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.
Belə ki, rayonun Vladimirovka kəndinin adının Elbir, Alekseyevka kəndinin adının Çinarlı, Timiryazev kəndinin adının isə Bəhrəli ilə dəyişdirilməsi təklif olunur.
"İllərdir Timiryazev kəndində yaşayırıq. Kəndimizin adını çəkəndə xəcalət çəkirik. Başqa yerlərə gedəndə isə adama gülürlər, "o nə deməkdir?" deyirlər. Qəribə gəlir hamıya", - Timiryazev sakini Baku TV-yə bildirib.
Vladimirovka bələdiyyəsinin sədr müavini Bəşir Qəhrəmanov da öz təklifini verib: "Mən də təklif etmişəm ki, kəndimizin adı Azərbaycanla əlaqəli bir adla əvəz olunsun. "Elbir" çox gözəl addır. Çünki bizim kənddə hər bir millətin nümayəndəsi yaşayır: ləzgilər, türklər, xınalıqlar, tatlar var. Buna görə də bu ad çox yerinə düşər".
Qeyd edək ki, Quba rayonunun üç kəndinin adının dəyişdirilməsi ilə bağlı təklif Milli Məclisin Toponimiya komissiyasının iclasında dəstəklənib və məqsədəuyğun hesab edilib. Bununla əlaqədar müvafiq qanun layihəsi hazırlanaraq Milli Məclisin aidiyyəti komitələrinin müzakirəsinə çıxarılacaq.
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



