Sosial
“Dərdini danışmaq 12, ailə problemləri 25 manat...” – Bakıda qeyri-adi xidmət - VİDEO
"Dərdini danışmaq - 12 manat, ailə problemləri - 25 manat, sevgi problemləri - 21 manat, məsləhət almaq isə 26 manat". Belə maraqlı bir elan paytaxtda fəaliyyət göstərən taksilərdən birində yerləşdirilib. Diqqətçəkən məqamlardan biri isə dost, tanış və ya qohum adı ilə müraciət edənlər üçün qiymətin ikiqat hesablanacağı ilə bağlı qeydin olmasıdır.
Publika.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.
Paytaxt sakinləri isə məsələyə müxtəlif cür münasibət bildiriblər.
"Mən dərdimi taksidə danışmazdım. Amma insanın çətin və dolu vaxtına düşəndə, bəlkə də kimsə belə bir seçim edə bilər. O insanları da qınamıram", - deyə sakinlərdən biri bildirib.
Digər bir sakin isə qeyd edib:
"Mən taksi sürücülərinin dərdinə qulaq asıram. Amma elə insanlar var ki, oturur və dərdini danışmağa adam axtarır. Mənim düşüncəmə görə, son vaxtlar çox insan dinləməyi yox, danışmağı sevir. Ona görə də dinləyəcək adam tapmırlar. Taksi sürücüsü də məcbur pul aldığı üçün dinləyir".
Maraqlıdır, insanların danışmağa və dinlənilməyə bu qədər ehtiyacı varmı? Etibar edə biləcəkləri yaxınları yoxdurmu ki, tanımadıqları insanlara dərdlərini danışırlar?
Görünür, məsələ artıq o həddə çatıb ki, qarşı tərəf də bunu ödənişli xidmətə çevirib.
Psixoloq İlahə Dadaşova isə məsələni belə izah edib:
"Danışmaq psixologiyada "katarsis" adlanan elmi terminlə ifadə olunur. Yəni insan danışdıqca mənəvi olaraq rahatlaşır. Elə insanlar var ki, psixoloji seanslara sadəcə danışmaq üçün gəlirlər".
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



