Sosial
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
"Nar"ın dəstəyi ilə keçirilən "Breyn Rinq" intellektual yarışının 27-ci mövsümünə start verilir.
Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklərini sınayacaq. Belə ki, 15 region və 10 universitetdən ümumilikdə 26 komanda iştirak edəcək. Yarışın yeni mövsümünün ilk buraxılışını 22 mart saat 17:00-da İctimai Televiziyada izləyə bilərsiniz.
Yarışın qaydalarına əsasən, mövsüm ərzində komandalar "Nar" Kuboku uğrunda mübarizə aparacaqlar. Mart, aprel, may və iyun aylarının çempion komandaları isə mövsümün həlledici mərhələsinə vəsiqə qazanacaq. Böyük Final oyunu 5 iyul tarixində keçiriləcək və mövsümün qalibi məhz bu oyunda müəyyənləşəcək.
Qeyd edək ki, elm və təhsilin təşviqi "Nar"ın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator müxtəlif layihələr vasitəsilə gənclərin intellektual inkişafını dəstəkləyir və onların potensialını üzə çıxarmağa töhfə verir. "Nar"ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
İdman15:00Vernidub ukraynalılara "Neftçi"dən danışdı: Onları yaxşı tanıyıram, mənə lazım deyillər
-
Nida Xəbər 13:42Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 54 nəfər işdən çıxarıldı
-
Dünya11:54Dünya belə xilas edildi: 10 nüvə bombası hazırlanırmış - İranla bağlı şok detallar
-
Nida Xəbər 11:12Bu şəxslər ömürlük pensiya ALACAQ - Ali Məhkəmə qərar verdi
-
Dünya10:12İran müharibəsi bu ölkənin əhalisini sevindirdi: 4 günlük iş həftəsinə keçdilər
-
Sosial09:48Dünya od tutub yanacaq: Görünməmiş istilər gəlir - Alimlər tarixi açıqladı
-
Region09:24İsraildən Müctəba Xamenei açıqlaması: Mütləq ovlayacağıq
-
Region09:00İranın atom elektrik stansiyası hədəfdə - Reaktiv mərmi düşdü


































