Sosial
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
İnnovasiya lideri Bakcell Novruz bayramı ərəfəsində media nümayəndələrini İçərişəhərdə xüsusi görüşdə bir araya gətirib. Tədbir çərçivəsində dulusçuluq üzrə ustad dərsi keçirilib.
Ustad dərsi zamanı iştirakçılar Azərbaycanın ənənəvi sənətkarlıq nümunələrindən biri olan dulusçuluq sənətinin incəlikləri ilə tanış olub, yaradıcılıqlarını və fərdi baxışlarını əks etdirən əl işləri hazırlayıblar. Tədbir media nümayəndələri üçün həm yaradıcılıq mühiti, həm də qeyri-rəsmi ünsiyyət imkanı yaradıb.
Qeyd edək ki, Bakcell media nümayəndələri ilə sıx əməkdaşlıq edərək bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
































.jpg)



