Sosial
“Kristal” və “Landau Education Group” arasında memorandum imzalandı - Video
“Kristal” və “Landau Education Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd tərəflər arasında təhsil və infrastruktur sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanda müasir təhsil infrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.
Razılaşmaya əsasən, “Kristal” layihələri çərçivəsində təhsil infrastrukturu daha da gücləndirilir və müxtəlif yaşayış komplekslərində yeni məktəb korpusları istifadəyə veriləcək.
.jpg)
“City Garden Narimanov” layihəsində LANDAU School-un yeni “City Garden Narimanov” korpusu fəaliyyətə başlayacaq. Yeni tədris korpusunun 2026-cı ilin sentyabr ayından etibarən şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. Müasir tədris prinsiplərinə uyğun şəkildə hazırlanan məktəbdə şagirdlərin akademik və sosial inkişafını dəstəkləyən geniş imkanlar yaradılıb. Buraya 50 kv.m sahəyə malik sinif otaqları, geniş ümumi istifadə zonaları, 250 nəfərlik akt zalı, böyük idman zalı, açıq hava oyun sahəsi və ən son STEAM otağı daxildir. Korpusda məktəbəqədər hazırlıq, Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris həyata keçiriləcək.
.jpg)
Eyni zamanda, “Park Yasamal” layihəsində SİMURQ Liseyi by LANDAU daha əlçatan qiymətlərlə yeni “Park Yasamal” korpusunu təqdim edir. Korpus 2026/2027 tədris ilindən etibarən fəaliyyətə başlayacaq. Yeni tədris məkanında geniş sinif otaqları, oyun zonası, iclas otağı, kitabxana, idman və akt zalları, həmçinin şagirdlərin hərtərəfli inkişafına yönəlmiş müasir imkanlar təqdim olunacaq. Korpusda məktəbəqədər hazırlıq, eləcə də Azərbaycan, rus və ingilis bölmələri üzrə siniflər fəaliyyət göstərəcək. Təhsil haqqına gündə iki dəfə qidalanma – nahar və qəlyanaltı daxildir
.jpg)
Layihə sakinlərin rahatlığını da ön planda tutur. Məktəblərin yaşayış komplekslərinin daxilində yerləşməsi yol xərclərini və nəqliyyata ehtiyacı azaldır, eyni zamanda ətraf mühitə təsirin minimuma endirilməsinə kömək edir. Bu imkan sayəsində “Kristal” sakinləri övladları üçün rahat və əlçatan təhsil mühitinə sahib olurlar.
Ətraflı: *1544
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı


















.jpg)













.jpg)



