Sosial
Yağış Sabunçu vağzalının qarşısını bu hala saldı - Video
Paytaxtda müşahidə olunan intensiv yağışlar Sabunçuda növbəti dəfə ciddi fəsadlara yol açıb.
Publika.az “Baku TV”yə istinadən xəbər verir ki, yağıntılar nəticəsində Sabunçu dəmiryol vağzalının ərazisi və ətraf yollar tamamilə su altında qalıb.
Görüntülərdən aydın olur ki, onlarla avtomobil yarıya qədər suya batıb, bəzi nəqliyyat vasitələri isə ərazidən evakuatorlar vasitəsilə çıxarılır. Kanalizasiya sisteminin yağıntı sularını ötürə bilməməsi səbəbindən yollarda “fontan”lar yaranıb, ərazidəki ticarət obyektləri fəaliyyətini dayandırıb.
Sakinlər və sərnişinlər subasma səbəbindən hərəkət edə bilmədikləri üçün vağzalın pilləkənlərinə sığınmaq məcburiyyətində qalıblar.
Məlumata görə, hər güclü yağış zamanı vağzal və bazar ətrafında analoji acınacaqlı vəziyyət təkrarlanır. O da vurğulanıb ki, sözügedən hal dəfələrlə baş versə də, aidiyyəti qurumların müəyyən bəyanatlarına baxmayaraq, vəziyyət eyni olaraq qalır.
Daha ətraflı videomaterialda:
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı


















.jpg)













.jpg)



