Sosial
Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra... - VİDEO
Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur. Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir.
Publika.az xəbər verir ki, vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırır.
Bəs bu məqam menyuların qiymətinə təsir göstərə bilərmi? Baku TV bunu öyrənmək üçün bir neçə restoranla əlaqə saxlayıb.
“Martın sonu, aprel, may və iyunun 15-dək olan günlər üçün toy sifarişlərimiz var. Aprelin 16-dan etibarən Məhərrəm ayı başlayır. Ondan sonra sifarişlər yavaş-yavaş yazılır. Adətən Məhərrəmlik ərəfəsində gəlib tarix götürürlər. Qiymət artımı isə bizdən asılı deyil. Əgər bazarda artım olmasa, biz də qiymətləri artırmayacağıq. Bazarda ciddi bahalaşma olarsa, bizdə də 3-5 manat fərq yarana bilər”, – administratorlardan biri deyib.
“Ramazan bayramından sonra toylarımız yaxşı gedir. Qiymətlərdə artım yoxdur. Məhərrəm ayından sonrakı tarixlər üçün də sifarişlər yazılır və qiymətlərdə yenə dəyişiklik yoxdur. Bazarda bahalaşma olsa da, hazırda qiymətlər eyni qalır”, – digər administrator bildirib.
Görünən odur ki, hələlik qiymət artımı gözlənilmir. Lakin bazarda məhsulların qiymətində artım olarsa, vəziyyət dəyişə bilər.
Qeyd edək ki, hazırda şadlıq saraylarında menyu qiymətləri minimum 45-50 manatdan başlayır. Bəzi restoranlarda isə bu rəqəm 100 manat və daha yuxarı məbləğdə təklif olunur.
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
















.jpg)














.jpg)



