Sosial
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 103 xarici vətəndaşı ölkədən deportasiya edib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana, Konqo, Tailand və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
Xəbərdə bildirilir ki, cari ilin birinci rübündə Gürcüstandan 904 əcnəbi vətəndaş deportasiya edilib.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
-
Magazin222:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
İdman21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
































.jpg)


