Sosial
İcra başçısı Yasamal sakinləri ilə görüşdü - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün aprel ayı üzrə səyyar qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri qurumuş və təhlükə yaradan ağacların budanması, son leysan nəticəsində ziyan çəkmiş şəxslərə dəstək, aztəminatlı vətəndaşlara sosial yardım, səkilərin zəbt edilməsi ilə mübarizə, qazilərin işlə təminatı, Mirəli Seyidov küçəsindəki yanğından sonra yaşayış binasının təmir və bərpası və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.
Qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verdi.RİH başçısı bəzi sakinləri fərdi qayda da dinlədi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
-
İdman21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."

































.jpg)


