Sosial
Abşeronda içməli su təminatı bərpa olunur
Abşeron rayonunun ərazilərində içməli su təminatı bərpa olunmaqdadır.
Publika.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Aylıq normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışlar səbəbindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən irihəcmli nasos stansiyasının iş prinsipində problem yaranıb:
"ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir. Nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib.
Hazırda rayonun bütün ərazilərinə içməli su verilir. Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq. Nasos stansiyanın fəaliyyətindəki problem səbəbindən bəzi ərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklər var. Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər".
-
İdman21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."

































.jpg)


