Sosial
“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisinə yüksək maraq olduğunu nəzərə alaraq qeydiyyat müddəti uzadılıb.
Publika.az xəbər verir ki, müraciətlərin qəbulu üçün son tarix 10 aprel 2026-cı il olaraq müəyyən edilib.
Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi bu sərgi, dayanıqlı şəhər inkişafı üzrə innovativ yanaşmaların geniş qlobal auditoriyaya çatdırılması üçün xüsusi əhəmiyyət kəsb edən bir platforma olacaq.
WUF13-ün əsas tədbir məkanı olan Bakı Olimpiya Stadionunda 35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.
Kiçik stendlərdən iri ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təşkil olunacaq bu sərgi, adekvat mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet istiqamətlər ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas çağırışlara yönəlmiş praktik və innovativ həllərin təqdimatı nəzərdə tutulur.
Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq innovativ mənzil və şəhər həlləri üçün nəzərdə tutulmuş Startap Pavilyonu və master-klasslar və təcrübə mübadiləsi imkanları təqdim edən WUF Akademiyası kimi yeniliklər nümayiş olunacaq.
Qeyd edək ki, iştirak ərizələri onlayn şəkildə qəbul edilir. Qeydiyyat üçün “Urban Expo” səhifəsinə daxil olmaq və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür. Daha ətraflı məlumat üçün “Urban Expo” sərgisində iştirak üçün təlimat səhifəsinə keçid edə bilərsiniz.
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq



































