Sosial
Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
Los-Ancelesdə bir qadın beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşub.
Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Mişel Blüstoun, Exo-Park rayonundakı sığınacaqdan gözlənilməz zəng alıb: əməkdaşlar "Lola" adlı itinin onlarda olduğunu bildiriblər. Ev heyvanını mikroçip sayəsində identifikasiya etmək mümkün olub.
"Lola" 2021-ci ildə itkin düşmüşdü. Sahibəsinin sözlərinə görə, o, uzun müddət iti axtarıb - elanlar yapışdırıb, sığınacaqlara müraciət edib və zəng gözləyib, lakin zaman keçdikcə ümidini itirərək heyvanın artıq sağ olmadığını düşünüb.
Ötən illər ərzində Blüstounun həyatı dəyişib: o, köçüb, ailə qurub və hətta yeni bir it saxlamağa başlayıb. Lolanın bütün bu illər ərzində məhz harada olduğu məlum deyil.
Mişelin dediyinə görə, it nisbətən yaxşı vəziyyətdə qayıdıb, hərçənd kifayət qədər qulluq olunmadığına dair əlamətlər — uzanmış dırnaqlar və dişlərində problemlər müşahidə edilib. Bununla belə, o, dostcanlı xarakterini qoruyub saxlayıb.
Hüseyn İbadlı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
































.jpg)



