Sosial
FHN Səbaildə “açıq qapı günü” tədbiri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail Rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Kaspi” Beynəlxalq Məktəbinin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO











.jpg)





























.jpg)



