Sosial
Novruz Məmmədov ADU-dakı işindən çıxdı
Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib.
Publika.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Bildirilib ki, N.Məmmədov öz ərizəsi ilə işdən çıxıb.
Onun indiyədək 7 kitabı, həmçinin rəhbərlik etdiyi və baş redaktoru olduğu 7 nəşr, 3 tərcümə əsəri çap olunub. Sabiq məmur həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.
Xatırladaq ki, Azərbaycanın 9-cu Baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.
N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.
N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür.
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
































.jpg)



