Sosial
“Kapital Bank” 7 nominasiya üzrə mükafatlandırıldı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bankçılıq Mükafatları – 2025”in qalibləri müəyyən olunub. “Kapital Bank” 7 nominasiyada mükafata layiq görülüb.
ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirmənin nəticələrinə əsasən, “Kapital Bank” “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri” və “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” nominasiyaları üzrə qalib olub.
Qeyd edək ki, “Kapital Bank” ötən il ərzində bu istiqamətlərin hər biri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankın korporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığının artırılmasına və təhsilə dəstəyi, sahibkarlığın inkişafına töhfələri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları və təhlükəsizlik üzrə maarifləndirmə fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar onun uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərini təşkil edir.
Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və “Birbank” kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI






.jpg)





























