Sosial
Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anıldı - FOTO
Sumqayıt şəhərində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimi çərçivəsində iştirakçılar Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Qalib əsgər abidəsinin önünə gül dəstələri düzüblər. Daha sonra Vətən uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın məzarları ziyarət olunaraq üzərlərinə tər çiçəklər qoyulub, əziz xatirələri dərin ehtiramla yad edilib.
Tədbir zamanı çıxış edən Zakir Fərəcov Aprel döyüşlərinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu bildirib. Qeyd olunub ki, 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində strateji əhəmiyyətli yüksəkliklər azad edilib, ordumuzun gücü və xalqımızın döyüş ruhu bütün dünyaya nümayiş etdirilib.
Vurğulanıb ki, Aprel döyüşlərində qazanılan uğurlar sonrakı dövrdə əldə edilən möhtəşəm Zəfərin əsasını təşkil edib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyebin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Çıxışlarda Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın igidliyi, göstərdikləri şücaət nümunələrinin gənc nəsil üçün örnək olduğu qeyd edilib, onların xatirəsinin daim uca tutulacağı bildirilib.
Şəhid ailələri ilə səmimi söhbət aparılıb, onların qayğıları ilə yaxından maraqlanılıb. Şəhid ailələrinin üzvləri dövlət tərəfindən, xüsusilə Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhid və qazi ailələrinə verilən davamlı dəstəyə görə dərin minnətdarlıqlarını ifadə ediblər.
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son










.jpg)






















