Sosial
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı - VİDEO
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın təşkil etdiyi “1001 Sevinc” lotereyasının növbəti tirajının qalibləri müəyyənləşib.
Bu dəfə şans 22 yaşlı Şəmkir sakini Eltun Qurbanovun üzünə gülüb. Ona aldığı 19 biletdən biri lotereyanın super uduşu – “Changan Q05” avtomobilini qazandırıb.
Qalib Eltun Qurbanov bildirib ki, lotereya biletini sadəcə şansını sınamaq üçün alıb və belə böyük uduş qazanacağını gözləməyib. Avtomobili qazanması ailəsində də böyük sevincə səbəb olub. Bunun xoş sürpriz olduğunu deyən Eltun hər kəsə şansını yoxlamağı tövsiyə edib.
Tiraj çərçivəsində digər qaliblərə də bir-birindən dəyərli hədiyyələr təqdim olunub və iştirakçılar sevinc dolu anlar yaşayıblar.
“1001 Sevinc” lotereyasının növbəti tirajı 14 apreldə keçiriləcək. Cəmi 50 qəpiyə “SAMSUNG” markalı paltaryuyan və qabyuyan maşın, 1 manata isə “Apple MacBook 16 M3 Pro” notbuku, eləcə də soyuducu qazanmaq şansı var.
Lotereyada iştirak etmək üçün sadəcə Azerlotereya.com və ya Misli.az saytına daxil olub “1001 Sevinc” bölməsindən istədiyiniz əşya üzrə lotereya bileti almağınız kifayətdir.
Əşya lotereyasının qalibləri “Azərlotereya”nın yutub kanalında canlı yayımda müəyyən olunur. Daha ətraflı məlumatı Azerlotereya.com rəsmi saytından əldə edə bilərsiniz.
-
Dünya13:46Müharibədən bəri ilk - Dünyanın gözü bu iki gəmidədir
-
İdman13:39FİFA Elxan Məmmədovdan başqa hamının maaşını açıqladı: İnfantino nə qədər qazanır?
-
Dünya12:50Özbəkistan prezidentinin qızı Trampın iqamətgahında: Kiminlə görüşüb? - FOTO
-
Magazin212:30Məşhur supermodelin Epşteynlə münasibəti olub? - And-aman edir ki...
-
Dünya12:12Dollar və avro rubl qarşısında çökdü: Bazarda nə baş verir?
-
İdman11:36"Real"ın ulduzunun sevgilisi çimərlikdən elə fotolar paylaşdı ki...
-
Region11:06Türkiyə aeroportunda insident: Avtomobil Rusiya təyyarəsinə çırpıldı, sərnişinlər...
-
Sosial10:06Yağıntılar nə vaxtadək davam edəcək?









.jpg)



























