Sosial
Ziya Məmmədovun qalmaqallı qohumu yüksək vəzifə aldı
Xəbər veridiyimiz kimi, Zeynal Bayramlı TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Zeynal Bayramlının keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu bildirilir.
Məlumata görə, Z.Bayramlının karyerası məhz Ziya Məmmədov nəqliyyat naziri təyin olunandan sonra yüksəlməyə başlayıb.
Açıq mənbələrdə yayılan iddialara görə, 2005-ci ildə müəmmalı şəkildə diplom əldə edən Bayramlı əvvəlcə Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkim, iki sonra isə Ucar Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. Z.bayramlı uzun illər Ucar Mərkəzi Xəstəxanasına rəhbərlik edib. Hətta tibb müəssisələrinin TƏBİB-in tabeliyinə keçməsindən sonra belə Z.Bayramlıya toxunulmayıb.
Onun kifayət qədər mənfi reputasiyaya məlik olduğu bildirilir. Baş həkim işlədiyi müddət ərzində mətbuatda Z.Bayramlının yeyintiyə, korrupsiyaya yol verməsi barədə kifayət qədər materiallar dərc olunub.
Qeyd edilir ki, onun dövründə bütün analizlərə qanunsuz olaraq qiymət müəyyən edilib, hətta 200 manata saxta bülletenlər satdığı da deyilirdi.
Mətbuatda Zeynal Bayramlının mülklərinin siyahısı dəfələrlə dərc olunub.
Onun təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzillərinin olduğu qeyd edilir.
Bakıda Ağ Şəhər ərazisində 550 000 manata ev, Novxanıdakı 600.000 manata bağ evi aldığı, Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında villalar inşa etdirdiyi yazılır.
Yaşayış evlərindən əlavə Zeynal Bayramlının Bakı şəhərində 18 yerdə ticarət obyekti də var.
Ata yurdu olan Ağsuda özünə açdığı xüsusi klinikanı Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digər əşyalarla doldurub.
Zeynal Bayramlının avtomobil kolleksiyasında 12 ədəd bahalı maşın olduğu da mediada yayılıb.
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Sosial13:34“Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO

































.jpg)



