Sosial
FHN Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qazisi Vasif Allahverdiyev, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Gülər Nəbiyeva, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.
Tədbirin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhidlərin xatirəsinin yad edilməsi və qəhrəmanlıq ənənələrinin təbliği olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəis müavini polkovnik Kazım Kazımov Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərlə görüşlərin gənclərdə milli qürur hissini gücləndirdiyini və onlarda real qəhrəmanlıq nümunələri vasitəsilə Vətənə bağlılıq hissinin gücləndirdiyini bildirib. Qeyd edib ki, bu cür canlı təmaslar gənc nəslin dövlətçilik maraqlarını hər şeydən uca tutmasına və Azərbaycanın gələcək müdafiəsinə mənəvi baxımdan hazır olmasına əhəmiyyətli təsir göstərir.
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva tədbirdə çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsi və cəmi 23 gün davam edən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən möhtəşəm tarixi Qələbə ilə nəticələndi. Cənab Prezidentin həm döyüş meydanında, həm də diplomatik müstəvidə yürütdüyü uzaqgörən siyasət ölkəmizi regionun ən güclü dövlətinə çevirərək işğala və separatizmə birdəfəlik son qoydu. Bu Zəfər Xalq-Prezident-Ordu birliyinin təntənəsi olmaqla yanaşı, dövlətimizin suverenliyini bütün ölkə ərazisində sarsılmaz şəkildə bərqərar etdi.
Tədbirdə çıxış edən şəhid Ramil Yusifzadənin anası Reyhan xanım çıxışında Vətən uğrunda canından keçən oğlunun xatirəsinin hər zaman qürur mənbəyi olduğunu bildirərək, şəhidlərin qəhrəmanlığının unudulmayacağına əminliyini vurğulayıb. O, gəncləri Vətənə sədaqətli olmağa və bu müqəddəs dəyərləri daim uca tutmağa çağırıb.
Həmçinin, tədbirdə Vətən müharibəsi qazisi Vasif Allahverdiyev çıxış edərək döyüş xatirələrini bölüşüb, gəncləri Vətənə sədaqətlə xidmət etməyə çağırıb.
Tədbirin bədii hissəsində əməkdar artist Gülər Nəbiyeva və şairə Adilə Nəzər vətənpərvərlik mövzusunda şeirlər oxuyub.
Akademiyanın hərbi orkestrinin müşayiəti ilə solist gizir Anar İlhamlı “Qazilər marşı” və digər vətənpərvərlik mahnılarını ifa edib.
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






























