Art
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir - VİDEO
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı başlayıb.
Publika.az AZƏRTAC-a istinadl xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Xarıbülbül" bu il də Şuşanı musiqi və rəngarəng mədəniyyətlərin ünvanına çevirib. Festivalda təkcə yerli incəsənət nümayəndələri deyil, həm də bir sıra xarici ölkələrdən gələn musiqi kollektivləri və solo ifaçılar bir araya gəlib. Belə ki, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri "Xarıbülbül"ə dəvət olunub.
Bu beynəlxalq tədbirin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, sənətkarlar arasında yaradıcılıq mübadiləsinə şərait yaratmaq və gənc musiqiçilərin inkişafına dəstək verməkdir.
"Xarıbülbül"ün açılış konsertində Xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, Əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov, Əməkdar mədəniyyət işçiləri aşıq Samirə və aşıq Əli, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev, ifaçılar Habil Məmmədov və tələbələri, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, eləcə də İsmayıl Zeynalov, Kiyoşi Ohira (Yaponiya), Düsseldorfda fəaliyyət göstərən "Reyndə alman operası" teatrının solisti Mara Hüseynova, həmçinin Müşfiq Quliyev, Riad Məmmədov, Uğur İşılak (Türkiyə), Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın "Turan" Etno-Folk Ansamblı, Özbəkistanın "Şodlık" Rəqs Ansamblı, Türkmənistanın "Qalkınış" Rəqs Ansamblı çıxış ediblər.
Festivalın açılış konserti "Qarabağ yallısı" ilə başa çatıb.
İncəsənət xadimləri festival ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
Yaponiyadan gələn tarzən Ohira Kiyoşi "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalında iştirak etməyin qürurverici olduğunu bildirib. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi həm dostluq əlaqələrinin möhkəmlənməsinə, həm də sənətin inkişafına töhfə verir, eyni zamanda Şuşanın gözəlliyini və zəngin mədəni irsini dünyaya tanıdır. O vurğulayıb ki, bu məkanın ab-havası, təbiəti və burada hökm sürən musiqi ruhu onu dərindən təsirləndirib.
Virtuoz skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyev bu gün babasının doğma yurduna gələrək burada çıxış etməyin onun üçün böyük əhəmiyyət daşıdığını deyib: "Türkiyədə doğulub böyüsəm də, babam əslən şuşalıdır. Buraya ilk dəfədir gəlirəm və bu səfər mənim üçün çox xüsusi bir mənəvi dəyərə malikdir."
Sənətçi qeyd edib ki, bu torpaqda ifa etmək həm məsuliyyət hissini artırır, həm də yaradıcılığına xüsusi bir ilham verir. O əlavə edib ki, festival çərçivəsində müxtəlif ölkələrdən olan musiqiçilərlə bir araya gəlmək və səhnəni bölüşmək onun üçün maraqlı və dəyərli təcrübədir.
Festivalda tələbələri ilə iştirak edən xanəndə Habil Məmmədov bildirib ki, bu mötəbər tədbir gənclərin səhnə təcrübəsi qazanması, peşəkar sənətçilərlə birgə çıxış etməsi və öz yaradıcılıq imkanlarını inkişaf etdirməsi baxımından vacibdir.
Xanəndənin sözlərinə görə, tələbələrin müxtəlif ölkələrdən gələn musiqiçilərlə eyni səhnəni bölüşməsi onların dünyagörüşünün genişlənməsinə və sənətə daha universal baxış formalaşdırmasına da təsir edir.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü















.jpg)
.jpg)




.jpg)















