Sosial
DTX və DSX-dən birgə əməliyyat - Külli miqdarda narkotik vasitə ələ keçirildi
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.
Publika.az xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan Respublikası ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda “Metadon” M-40 həbləri və qurudulmuş marixuananı cari ilin 11 aprel tarixində Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Orucov Qoca Mikayıl oğlu saxlanılıb.
Keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb.
DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi





































