Sosial
Nigar Köçərli "Liv Bona Dea Hospital"ı ittiham etdi: Məhkəməyə saxta sənəd təqdim olunub?
"Liv Bona Dea Hospital"ı ilə məhkəmə çəkişməsi davam edən "Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli klinikanı məhkəməyə saxta sənəd təqdim etməkdə ittiham edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə N.Köçərli sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, klinika məhkəməyə təqdim etdiyi iddiada onun heç bir əlaqə nömrəsi qeyd etmədiyini və buna görə də xəstəxanada gözləyən həyat yoldaşına heç bir məlumat verilmədiyini bildirib.
"Yanvarın 12-də, əməliyyatdan iki gün əvvəl, hazırlıq üçün Liv Bona Dea xəstəxanasına getdim. Müayinə, qeydiyyat və sənədləşmə prosesini tamamladım. Buna baxmayaraq, müqavilənin bir nüsxəsi və ya hər hansı sənəd mənə təqdim olunmadı, yalnız EKQ verildi.
Mənə bir blank verildi və bildirildi ki, burada iki ailə üzvünün əlaqə nömrəsi qeyd olunmalıdır. Birinci nömrə kimi Şahbaz bəyin (Şahbaz Xuduoğlu - həyat yoldaşı -red.) nömrəsini yazdım. İkinci nömrə üçün anamı qeyd etməkdə tərəddüd etdim - 82 yaşı var və əməliyyat barədə məlumat alıb narahat olmasını istəmirdim. Lakin klinika əməkdaşı israr etdi ki, mütləq iki nəfərin əlaqə nömrəsi yazılmalıdır. Buna görə anamın da nömrəsini qeyd etdim.
Əməliyyatla bağlı narazılığımı daha əvvəl yazdığım paylaşımda qeyd etmişdim: əməliyyat günü saat 07:30-da məni Şahbaz bəydən ayırdılar və sonrakı 7 saat ərzində o, mənim vəziyyətim və əməliyyat barədə heç bir adekvat məlumat ala bilmədi. Halbuki normal praktikada əməliyyatdan sonra həkim və ya klinika nümayəndəsi xəstə yaxınlarına məlumat verir.
Bu halda isə əməliyyatı həyata keçirən həkim, öz sözlərinə görə, saat 10:30-da xəstəxananı tərk edib. Mən isə bundan sonra bir neçə saat ərzində ayılma otağında ağrıdan əziyyət çəkərək əlavə anesteziya verilməsi üçün yalvarmışam. Mənə bunun əlavə ödənişli olacağı bildirilib və razılaşmışam. Buna baxmayaraq, uzun müddət heç bir yardım göstərilməyib.
Əsas şikayətim də məhz bu - anesteziya ilə bağlı laqeyd münasibət və ümumi diqqətsizlikdir.
.jpg)
Bu müddətdə Şahbaz bəy hər yarım saatdan bir qeydiyyata yaxınlaşaraq vəziyyətimlə maraqlanıb. Üstəlik, öz əlaqə nömrəsini də qeydiyyata təqdim edib ki, həkimlə əlaqə yaradılsın. Nəhayət, yaxınların narahatlığı həkimə çatdırıldıqdan sonra, saat 13:53-də həyat yoldaşıma zəng edilib (Fotolarda göstərilib)".

N. Köçərli bildirib ki, məhkəmə prosesi başlayandan sonra, müqavilə və əməliyyatla bağlı sənədləri vəkil vasitəsilə, böyük çətinliklə əldə edə bilib.
"İndi isə mayın 5-də keçiriləcək iclasa hazırlaşarkən sənədlər arasında diqqətçəkən bir fakt ortaya çıxıb.
Həmin o blank, həqiqətən, yoxa çıxıb. Amma əlavədəki 3-cü fotoya diqqət yetirin. Bu, Liv Bona Dea tərəfindən təqdim olunan “xəstəlik tarixçəsi”dir. Burada qeyd etdiyim hər iki əlaqə nömrəsi mövcuddur. Qeyd edim ki, bu yazı mənə məxsus deyil - sənəd qeydiyyat əməkdaşı tərəfindən doldurulub. Bu isə o deməkdir ki, mən həqiqətən də əlaqə nömrələrini təqdim etmişəm.
Belə çıxır ki, klinika yaxınlarımın əlaqə nömrələrinin qeyd olunduğu ilkin blankı aradan qaldırsa da, digər sənəddə bu məlumatlar təsadüfən qorunub saxlanılıb.
Digər iddialar da eyni dərəcədə əsassız və ziddiyyətlidir. Vaxt tapdıqca onları da ayrıca təqdim edəcəyəm", - o vurğulayıb.
Qeyd edək ki, mayın 5-də hospitalın N.Köçərliyə 222 395 AZN təzminat iddiası ilə bağlı Nəsimi Rayon Məhkəməsində növbəti iclas keçiriləcək.

İttihamlarla bağlı "Liv Bona Dea Hospital"a sorğu ünvanlanıb.
-
Sosial12:09Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
-
Nida Xəbər 11:09Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda - FOTO
-
ABŞ10:30“Anam ona aşiq idi” – Trampın krala dediyi sözlər qalmaqal yaratdı
-
Sağlamlıq08:24Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...
-
Magazin207:30"Arka sokaklar" mövsüm finalına hazırlaşır
-
İdman06:46Flik onun “Barselona”da qalmasını istəyir, amma…
-
Magazin204:44Məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
-
Hadisə03:43“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır” - VİDEO









.jpg)



.webp)





















