Qarabağ
Şuşada bunu etmək qadağan edilir
Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği qaydalarında dəyişiklik ediləcək.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır.
Təklif edilən dəyişikliyə əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan ediləcək. (Trend)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






































