Sosial
Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
Azərbaycanda şəhərsalma sahəsində aparılan islahatlar nəticəsində 68 şəhərin baş planı təsdiqlənib.
Publika.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ölkənin 79 şəhərindən 68-nin yeni baş planı hazırlanaraq təsdiq edilib, qalan 11 şəhər üzrə işlər isə davam etdirilir: "Yenilənmiş baş planlar şəhərlərin inkişafını sistemli və proqnozlaşdırılan edir, sahibkarlıq fəaliyyəti üçün hüquqi aydınlıq və investisiya cəlbediciliyi yaradır".
A. Quliyev deyib ki, ölkədə şəhərsalma və tikinti sahəsində son 20 ildə genişmiqyaslı islahatlar həyata keçirilib: "Bu dövrdə normativ hüquqi baza təkmilləşdirilib, ərazi planlaşdırılması inkişaf etdirilib və tənzimləmə mexanizmləri rəqəmsallaşdırılıb. Tikinti və istismara icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi nəticəsində hazırda ölkədə layihələndirmə əsasında minə yaxın subyekt fəaliyyət göstərir".
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?































