Sosial
Aktotı Raimkulova Qaziantep bələdiyyə sədri ilə əməkdaşlığı müzakirə etdi - FOTO
27 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qaziantep şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin ilə görüşüb.
Publika.az xəbər verir ki, tərəflər türk dünyasının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüş zamanı Aktotı Raimkulova Türk dünyasının mirasını gələcək nəsillərə ötürmək missiyası ilə fəaliyyət göstərən Fondun beynəlxalq səviyyəli layihələri, o cümlədən Türk Folklor Antologiyası və mədəni irsin rəqəmsallaşdırılması istiqamətindəki addımları barədə məlumat verib.
Səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Fondun prezidenti, Qaziantepin mədəni dəyərlərin qorunması sahəsindəki güclü institusional imkanlarını və beynəlxalq təcrübəsini təşkilat üçün dəyərli tərəfdaşlıq zəmini kimi qiymətləndirib.
Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının birliyinin möhkəmləndirilməsi və ortaq köklərin dünyaya tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, Fondun həyata keçirdiyi layihələrin mədəni yaddaşın qorunmasında mühüm rol oynadığını bildirərək, Qaziantepin bu ali missiyada hər zaman etibarlı bir tərəfdaş kimi iştirak etməyə hazır olduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?































