Sosial
“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirildi - Fotolar
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının Mingəçevir şəhərində rəsmi açılış mərasimi baş tutub.
Publika.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında keçirilən tədbirdə əvvəlcə reqata barədə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir. Tədbir çərçivəsində Heydər Əliyev və Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar.
Qeyd olunub ki, belə mötəbər yarışların təşkili Azərbaycanın idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, yarışların Prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə Sərsəng su anbarında keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Rəsmi hissədən sonra mərasim bədii proqramla davam edib. Proqram çərçivəsində folklor musiqiləri, iştirakçı ölkələrin milli musiqiləri ilə rəqs nümunələri və müxtəlif səhnə kompozisiyaları təqdim olunub.
Tədbirdə həmçinin son illərin populyar “Döngə” musiqi qrupu canlı konsert proqramı ilə çıxış edib. Açılış mərasimi ənənəvi atəşfəşanlıqla yekunlaşıb.
Məlumat üçün bildirək ki, reqata aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel - 1 may tarixlərində Mingəçevirdə son yarışlar keçiriləcək.













-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?































