Sosial
Onların baqajları gömrükdə yoxlanılmayacaq
Birinci vitse-prezident və vitse-prezidentlərin baqajları gömrükdə yoxlanılmayacaq.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycanın Birinci vitse-prezidentinin və vitse-prezidentlərinin, Baş nazirinin, onun müavinlərinin, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinin, Milli Məclis deputatlarının və İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) şəxsi baqajları gömrük yoxlamasından azaddır.
Həmçinin xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır.
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı































