Sosial
Bu xəstəxana köçürülür
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 1916-cı ildə inşa olunmuş tarixi tikilinin bir sıra konstruktiv elementlərində uzunmüddətli istismar nəticəsində aşınma halları müşahidə olunub.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, bu səbəbdən də qəzalı vəziyyətə düşən binada fəaliyyət göstərən 3 nömrəli Şəhər Xəstəxanasının mərhələli şəkildə köçürülməsinə başlanılıb:
"Vətəndaşların ilkin tibbi xidmətə olan ehtiyacının operativ və əlçatan şəkildə qarşılanmasını təmin etmək məqsədilə xəstəxananın həyətində ayrıca binada fəaliyyət göstərən Poliklinika şöbəsi və laborator xidmətlər isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Görülən tədbirlər səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədinə xidmət edir"./ APA
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı































