Sosial
“Şəmkir” sərhəd dəstəsində Ombudsman nümayəndələri ilə görüş keçirildi - FOTO
Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndələri ilə şəxsi heyətin görüşü təşkil olunub.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Görüşün keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması olub.
Çıxışlarda belə görüşlərin şəxsi heyətin hüquqi biliklərinin inkişafında mühüm rol oynadığı, dövlət tərəfindən insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi xüsusi vurğulanıb.
Ombudsman Aparatının nümayəndələri şəxsi heyətə qurumun fəaliyyəti, əsas funksiyaları və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə ətraflı məlumat verib, Ombudsman institutunun ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm rol oynadığını, eyni zamanda hərbi qulluqçuların hüquqlarının təmin olunması məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd ediblər.
Tədbir çərçivəsində hərbi qulluqçulara onların hüquq və vəzifələri, xidmətdə qarşılaşa biləcəkləri hüquqi məsələlər, müraciət etmək imkanları və hüquqlarının müdafiə mexanizmləri izah edilib. Həmçinin, nizam-intizam qaydalarına riayət olunmasının əhəmiyyəti, etik davranış normaları və xidmət zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi xüsusi qeyd olunub.
Tədbir sonunda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, Ombudsman nümayəndələri tərəfindən praktiki tövsiyələr verilib.
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı






_35d4219928c7af4ee6ed6b5695d16271.jpg)
_596237ce631d60bcf4a43056d8804477.jpg)
.jpg)

























