Sosial
FHN Akademiyasında növbəti praktiki-maarifləndirici tədbir keçirildi
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Akademiyanın rəisi general-mayor Baba Salayev, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Baba Salayev çıxışında bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığında mühüm rol oynadığını, müasir dövrdə fövqəladə hallara qarşı mübarizədə peşəkar, yüksək bilik və bacarıqlara malik kadrların hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını bildirib. Akademiya rəisi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanışlıq kursantların gələcək xidmət istiqamətlərini daha düzgün müəyyənləşdirmələrinə və peşəkar biliklərinin artırılmasına mühüm töhfə verir.
Görüşdə çıxış edən Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev sənayedə təhlükəsizlik qaydalarının təmin olunması, istehsalat sahələrində nəzarət mexanizmləri, dağ-mədən sənayesində təhlükəsizlik tədbirləri və bu sahədə həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, həmçinin sənaye təhlükəsizliyinin təmin edilməsində peşəkar kadr hazırlığının vacibliyini vurğulayaraq, fövqəladə halların qarşısının alınması istiqamətində görülən işlərdən və əldə olunan nəticələrdən bəhs edib.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı































