Sosial
Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama
Son dövrlərdə “Temu” platforması vasitəsilə Azərbaycana daxil olan bağlamaların həcmi kəskin artıb, platforma ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Şahin Bağırov qeyd edib ki, bir anda təxminən 400 tona yaxın yük hava limanına daxil olub və bu, əvvəlcədən elektron məlumatların təqdim edilməməsi səbəbindən gömrük orqanları üçün əlavə çətinliklər yaradıb:
“Daxil olan bağlamaların kimə məxsus olduğunu müəyyənləşdirmək və riskləri qiymətləndirmək üçün bütün yüklər gömrük tərəfindən öz resursları hesabına yoxlanılıb. Elektron məlumatlar verilmədən, bildirişlər olmadan birdən-birə külli miqdarda yüklər gətirildi. Biz məcbur olduq ki, onları öz resurslarımızla hesablayaq və kimə məxsus olduğunu müəyyən edək. Çünki elektron ticarət adı altında təkcə istehlak malları deyil, riskli məhsullar da daxil ola bilər. Dərmanlar, psixotrop maddələr və digər qadağan olunmuş məhsulların da daxil olma ehtimalı var. Buna görə gömrüyün əsas öhdəliyi təhlükəsizlik və nəzarəti təmin etməkdir".
Qurum rəsmisi bildirib ki, sonradan məsələ operativ şəkildə tənzimlənib və “Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib. Hazırda platforma tərəfindən əvvəlcədən məlumatların təqdim olunması təmin edilir və risklərin idarə olunması sistemi vasitəsilə proseslər tənzimlənir.
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı































