Sosial
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistanda keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə həmin ölkədə səfərdə olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, 29 aprel tarixi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən ötən il qəbul olunmuş qətnaməyə əsasən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü" kimi qeyd edilir.
Azərbaycan FHN-in nümayəndə heyətinin iştirak etdiyi və Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.
Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətləri, eləcə də tanınmış alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə zəlzələ ilə əlaqəli fəlakət riskini azaltmaq məqsədilə dövlətlərin malik olduqları imkanların səfərbər edilməsi, seysmik təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınan alimlər, tədqiqatçılar və mütəxəssislər arasında davamlı dialoq mexanizminin yaradılmasının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən müasir texniki nailiyyətlər və rəqəmsallaşmanın tətbiqi ilə birgə elmi tədqiqatların aparılması və nəticələrinin qlobal miqyasda reallaşdırılması kimi məsələlər müzakirə olunub.
Beynəlxalq tədbir çərçivəsində iştirakçılar 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə ucaldılmış "Cəsarət" abidəsini ziyarət ediblər.
Tədbir çərçivəsində Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Özbəkistanın fövqəladə hallar naziri general-mayor Azizbek İkramovla görüşüb.
Səfər müddətində nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən nazir K.Heydərov beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, əhəmiyyətini vurğulayıb. Qədim tarixi köklərə malik Azərbaycan-Özbəkistan münasibətlərinin iki ölkə liderlərinin müdrik uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri sayəsində son illər strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf etdiyini xatırladan nazir, bu çərçivədə fövqəladə halların idarə edilməsinə məsul qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.
Nazir "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı"nın hazırda fəal icra mərhələsində olduğunu, nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini bildirib.
Özbəkistanın fövqəladə hallar naziri Azizbek İkramov, öz növbəsində, Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib. Nazir A.İkramov Azərbaycan və Özbəkistan arasında çoxəsrlik tarixə malik münasibətlərin hər iki ölkə liderlərinin strateji və müdrik baxışları sayəsində ildən-ilə daha da genişləndiyini vurğulayıb. Nazir fövqəladə hallarla mübarizə sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO
-
Sosial13:32Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək









.jpg)

























