Sosial
Metro və avtobuslarda ödənişlə bağlı yenilik
May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasından (WUF13) öncə ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün olub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Publika.az-a bildirilib ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub.
“Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi”, - deyə qurumun yaydığı məlumatda bildirilir.
Həmçinin Bakı metrosunun xidmətindən istifadə edən sərnişinlər üçün də beynəlxalq bank kartları ilə ödəniş etmək mümkün olub.
“Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir ki, yenilik may ayında Bakıda keçiriləcək WUF13 ərəfəsində həyata keçirilən tədbirlərdən biri olmaqla, şəhərimizə gələn xarici vətəndaşlar və turistlər üçün əlavə üstünlüklər yaradır: “Belə ki, onlar artıq yerli ödəniş vasitəsi əldə etmədən, mövcud bank kartları ilə metropolitendən istifadə imkanına malikdirlər”.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də NFC texnologiyasına əsaslanan ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb. Bu müddət ərzində ümumilikdə 31 milyon sərnişin NFC vasitəsilə ödəniş imkanından yararlanıb. Hazırda isə bu üsul metropolitendə həyata keçirilən bütün ödənişlərin təxminən 29 faizini təşkil edir.
Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.
-
Sosial18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO









.jpg)


























