İdman
“Azərbaycanda bu vəzifəyə hansı məşqçi layiqdirsə, o da işləməlidir” - Azər Məmmədov
Azərbaycan Premyer Liqasının III turu çərçivəsində “Turan Tovuz”u qəbul edən “Kəpəz” 1:0 hesablı qələbə qazanıb.
Publika.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
“İlk növbədə şəhərimizə və Azərbaycanımıza bu stadionu, bu atmosferi bəxş edən hər kəsə təşəkkür edirəm. Yeni meydançamızda ilk oyunumuz idi. Çox sevincliyik. Möhtəşəm azarkeşlərimiz var idi. Çox güclü rəqibə qarşı oynayırdıq. Biz rəqibi analiz edəndə müdafiə olunma səviyyəsini görəndə düşünmüşdüm ki, biz bu komandaya necə qol vuraq? Lakin futbolçularım bu işin öhdəsindən gələ bildi. Çox lazımlı qələbə oldu. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.”
– Daha əvvəl də mətbuatda və futbol ictimaiyyətində Gəncədə gəncəli məşqçi işləməlidir deyilirdi… Sizin gəlişinizlə bu sözlərin haqlı olduğunu demək olar?
– Mən bu fikirlə heç razı deyiləm. Fikrimcə, yanlış fikirdir. Azərbaycanda bu vəzifəyə hansı məşqçi layiqdirsə, o da işləməlidir. Hazırda məni layiq biliblər və mən də buradayam. Azarkeşlər daim qələbə istəyir. Biz də öz növbəmizdə onlara sevinc bəxş etmək üçün əlimizdən gələni edirik.
– “Turan Tovuz”un müdafiəsinin öhdəsindən gəlməyin çətin olduğunu vurğuladınız. Növbəti turda “Şamaxı” ilə matçda da bu çətinliklə üzləşəcəyinizi düşünürsünüzmü?
– Oyundan qabaq motivasiya vermək istəyirdim. Bu azarkeşlərin önündə oynamaq özü bir motivasiyadır. “Turan Tovuz”a uyğun hazırlaşmışdıq. “Şamaxı”ya da onlara uyğun hazırlaşmaq niyyətindəyik. Onların hər ikisinin fərqli oyun üslublarına malik olduqlarını düşünürəm.
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO




































.jpg)
