Sosial
Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərin nəzərinə!
Dövlət Miqrasiya Xidməti (DMX) Bakı-Tbilisi-Bakı marşrutu üzrə Azərbaycana səfər edən əcnəbilərə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə Azərbaycana səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir.
Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti isə bir təqvim ili ərzində 90 gün müəyyən edilmişdir.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin rahatlığının təmin edilməsi, mümkün əlavə prosedurların tətbiqi ilə bağlı yarana biləcək ləngimə hallarının qarşısının alınması məqsədilə miqrasiya qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozması ehtimal edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edənədək Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya baş idarələri (idarələri) və ya ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərələrinə müraciət edə, eləcə də Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə ölkədən gedişlərinə və ölkəyə gəlişlərinə tətbiq edilmiş məhdudiyyət barədə həm ölkə ərazisində olarkən, həm də ölkə ərazisinə gəlmədən məlumat əldə edə bilərlər.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarın dayanacağı Böyük Kəsik dəmir yol stansiyasında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti təmin edilmişdir. Qatarın stansiyada dayanacağı müddət ərzində Bakı-Tbilisi-Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı 2026-cı il 25 may saat 00:00-dan etibarən bərpa edilmişdir.
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO


































.jpg)
