Sosial
Yasamal rayon ictimaiyyəti Müstəqillik Gününü qeyd edir - FOTO
Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli toplantı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində iştirakçılar Azərbaycan dövlətçiliyinin tarixinə və milli müstəqillik ənənələrinə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin giriş hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyətin milli dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rol oynadığını bildirildi.
Daha sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən geniş bəhs edib. O bildirib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yaradılması yalnız Azərbaycanın deyil, bütün türk və müsəlman dünyasının tarixində mühüm hadisə idi. Anar İsgəndərov qeyd edib ki, həmin dövrdə qəbul olunan qərarlar, yaradılan parlament ənənələri, qadınlara seçki hüququnun verilməsi və milli dövlət atributlarının təsis olunması Azərbaycanın demokratik inkişaf yolunun əsasını qoyub.
Daha sonra Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərman, təltif və sertifikatlar təqdim olunub. Təntənəli tədbir bədii hissə ilə yekunlaşıb.
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü













.jpg)























